ATƏT ​qoşunların təmas xəttində monitorinq keçirəcək

ATƏT ​qoşunların təmas xəttində monitorinq keçirəcək Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri keçirəcəklər
Qarabağ
17 Mart , 2015 13:32
ATƏT ​qoşunların təmas xəttində monitorinq keçirəcək

Bakı. 17 mart. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 18-də Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Saymon Tiller və Piter Svedberq keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçiləri Yevgeni Şarov və Jiri Aberle keçirəcəklər.

Son xəbərlər

Orphus sistemi