Moskva. 1 dekabr. REPORT.AZ/ "Hər dəfə yeni təşəbbüslərlə çıxış edirik. Vyanada keçiriləcək qış sessiyasına ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin səfirlərini dəvət etməyi planlaşdırdıq. Bu məsələ indi müzakirə olunur".
Bunu "Report"un Rusiya bürosuna Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ problemi ATƏT PA-nın bütün sessiyalarında müzakirə olunur və onlar hər dəfə bu məsələni gündəmdə saxlayırlar.
A.Quliyev həmçinin 2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərinə ATƏT PA-nın müşahidəçilərinin dəvət edilməsinin mümkünlüyünü bildirib.
"Bu barədə danışmaq hələ tezdir, lakin belə bir imkanı nəzərdən keçirilir", - parlament üzvü əlavə edib.