ATƏT-in MQ həmsədrləri Minskdə məsləhətləşmələr keçirəcək

ATƏT-in MQ həmsədrləri Minskdə məsləhətləşmələr keçirəcək Uorlik bu gün Belarusun paytaxtına gələcək
Qarabağ
12 Mart , 2015 09:41
ATƏT-in MQ həmsədrləri Minskdə məsləhətləşmələr keçirəcək

Bakı. 12 mart. REPORT. AZ/ ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə həmsədrləri Belarusun paytaxtında məsləhətləşmələr keçirəcək. "Report" xəbər verir ki, bu barədə amerikalı həmsədr Ceyms Uorlik öz twitter səhifəsində yazıb. 

O qeyd edib ki, bu gün Minskə yollanacaq, burada Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsinə dair məsləhətləşmələr aparmaq üçün digər həmkarlarına qoşulacaq. 

Xatırladaq ki, Minsk qrupuna Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, həmçinin münaqişə tərəfləri olan Azərbaycan və Ermənistan, eləcə də 3 həmsədr ölkə ABŞ, Fransa və Rusiya daxildir. 

Son xəbərlər

Orphus sistemi