ATƏT-in fəaliyyətdə olan sədri və Rusiya XİN başçısı Cənubi Qafqazdakı münaqişələri müzakirə edəcək

ATƏT-in fəaliyyətdə olan sədri və Rusiya XİN başçısı Cənubi Qafqazdakı münaqişələri müzakirə edəcək İtaliya XİN başçısı Ancelino Alfano fevralın 1-də Moskvada işgüzar səfərdə olacaq
Qarabağ
25 Yanvar , 2018 16:38
ATƏT-in fəaliyyətdə olan sədri və Rusiya XİN başçısı Cənubi Qafqazdakı münaqişələri müzakirə edəcək

Bakı. 25 yanvar. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Ancelino Alfano fevralın 1-də Rusiyada işgüzar səfərdə olacaq.

"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

"Xarici işlər nazirlərinin görüşü zamanı 2018-ci il üzrə iş planı, o cümlədən ümumavropa çağırışlarına kollektiv cavabların tapılması, təhlükəsizlik məsələləri, inamın bərpa olunması, həmçinin terrorizmə, narkotiklərin qanunsuz dövriyyəsinə, kiber təhdidlərə qarşı mübarizədə Təşkilatın rolu müzakirə olunacaq. Həmçinin ATƏT məkanında, o cümlədən Ukraynada, Dnestryanıda, Cənubi Qafqazda regional münaqişələrin həllinə yardım məsələləri müzakirə olunacaq, - M.Zaxarova vurğulayıb.

Son xəbərlər

Orphus sistemi