ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana gələcək

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana gələcək Bakı. 4 yanvar. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələr aparmaq üçün Azərbaycana və Ermənistana səfər etməyi planlaşdırır.
Qarabağ
475
4 Yanvar , 2019 09:52
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana gələcək
osce.org (Tomas Bokor)

Bakı. 4 yanvar. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələr aparmaq üçün Azərbaycana və Ermənistana səfər etməyi planlaşdırır.

"Report" diplomatik mənbələrə istinadən xəbər verir ki, regiona səfər fevral ayının ortalarına planlaşdırılıb.

Xatırladaq ki, Slovakiyanın ATƏT-ə sədrlik dövründə əsas prioritetləri regionda həlli uzadılmış münaqişələrin nizamlanması və təşkilat məkanında münaqişələrin qarşısının alınmasına dəstək vermək olacaq.

Daha əvvəl bildirilirdi ki, Slovakiya ATƏT-ə sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəal iştirak etmək niyyətindədir.

Son xəbərlər

Orphus sistemi