"Report"un Rusiya bürosunun məlumatına görə, bu barədə jurnalistlərə görüşdən sonra Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibi Tomas Qreminqer məlumat verib.
T.Qreminger qeyd edib ki, S.Lavrov ona aprelin 15-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün nəticələri barədə məlumat verib.
"Lavrov indi doğru yolda olduğumuza çox əmindir", - deyə ATƏT-in Baş katibi vurğulayıb.
İqbal Rüstəmov