​ATƏT-in baş katibi: "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı siyasi təşəbbüslərin irəli sürülməsi vaxtı çatıb"

​ATƏT-in baş katibi: "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı siyasi təşəbbüslərin irəli sürülməsi vaxtı çatıb" "Beynəlxalq ictimaiyyət bu münaqişənin həllinə daha çox diqqət yetirməlidir"
Qarabağ
12 Oktyabr , 2015 16:18
​ATƏT-in baş katibi: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı siyasi təşəbbüslərin irəli sürülməsi vaxtı çatıb

Bakı. 12 oktyabr. REPORT.AZ/ "Hazırda elə məqamdır ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin siyasi həllinə daha çox diqqət yetirməlidir". "Report" xəbər verir ki, bunu bu gün Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə birgə keçirdiyi mətbuat konfransında ATƏT-in baş katibi Lamberto Zanyer bildirib.

O, təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində baş verən insidentlərlə bağlı narahatlığını ifadə edib: "Vəziyyət olduqca ciddidir. Hazırda müşahidə etdiyimiz bir neçə insident olduqca təhlükəlidir, ona görə ki, bu kimi hallar bölgədə, eləcə də Azərbaycan-Ermənistan sərhədində qeyri-sabitliyə gətirib çıxara bilər. Bu məsələyə siyasi diqqəti artırmaq lazımdır".

Baş katib xatırladıb ki, cari ilin sentyabrında Nyu-Yorkda həmsədrlərin də iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilib: "Mən hesab edirəm ki, onlar öz aralarında başqa bir görüşün, eləcə də prezidentlərin görüşünün keçirməsini də planlaşdırlar", - Zanyer deyib.

O, həmçinin qoşunların təmas xəttində baş verən insidentlərin araşdırılması mexanizminin yaradılması vacibliyini də qeyd edib: "Biz hadisələrin inkişaf dinamikasını diqqətdə saxlayırıq, xüsusilə də ağır silahlardan istifadə edilməsi bizdə narahatlıq doğurur. Mən hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı siyasi təşəbbüslərin irəli sürülməsi vaxtı çatıb".

Son xəbərlər

Orphus sistemi