ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirib

ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirib Monitorinq insidentsiz başa çatıb
Qarabağ
6 Dekabr , 2017 13:33
ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirib
Mod.gov.az

Bakı. 6 dekabr. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 6-da Xocavənd rayonu Kuropatkino kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirilib.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller keçiriblər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Gennadi Petrika aparıblar.

Son xəbərlər

Orphus sistemi