Report D.Uorlikin Twitter səhifəsinə istinadən xəbər verir ki, səfər çərçivəsində həmsədr Dağlıq-Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yollarını müzakirə etmək üçün Ermənistanın yüksək vəzifəli rəsmi şəxsləri ilə görüşəcək.
Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Brüsseldə keçirilən görüşlərinin nəticələrinə görə, həmsədrlərin 24 iyul tarixli birgə bəyanatında vasitəçilər münaqişənin tənzimlənməsi üzrə işləri davam etdirəcəklərini bildiriblər. Onlar sülh danışıqlarında irəliləyişə nail olmaq üçün Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərinin vacibliyini vurğulayıblar. Həmsədrlər həmçinin BMT Baş Assambleyasının növbəti sessiyasının açılışı çərçivəsində Nyu-Yorkda gerçəkləşəcək görüşün təfərrüatlarını müzakirə ediblər.