AŞPA-nın yeni prezidenti: "Münaqişələrin həllinə nail olmadığımıza görə vətəndaşların siyasətçilərə inamı itib"

AŞPA-nın yeni prezidenti: "Münaqişələrin həllinə nail olmadığımıza görə vətəndaşların siyasətçilərə inamı itib" Mikele Nikoletti: "Biz bu məsələdə daha diqqətli olmalıyıq və təşkilatın reputasiyasını qaldırmaq üçün birlikdə çalışmalıyıq"
Qarabağ
22 yanvar 2018 11:37
AŞPA-nın yeni prezidenti: Münaqişələrin həllinə nail olmadığımıza görə vətəndaşların siyasətçilərə inamı itib

Strasburq. 22 yanvar. REPORT.AZ/ "Avropa Şurası məkanında münaqişələrin sayı artıb. Biz bu münaqişələrin həllinə nail olmadığımıza görə vətəndaşların siyasətçilərə inamı itib". 

"Report"un Fransa bürosunun məlumatına görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidenti, italiyalı deputat Mikele Nikoletti bu gün Assambleyada çıxışında bildirib.

O qeyd edib ki, avropalı siyasətçilər bu məsələdə daha diqqətli olmalıdır: "Biz təşkilatın nüfuzunu qaldırmaq üçün birlikdə çalışmalıyıq, milli maraqlara yox, ümumi maraqlara xidmət etməliyik". 

Son xəbərlər

Orphus sistemi