AŞPA-nın qarşısında Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı aksiya keçiriləcək

AŞPA-nın qarşısında Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı aksiya keçiriləcək Azərbaycanlılar Ermənistanın girovluğunda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılması tələbi ilə Fransada etiraz aksiyası keçirəcək.
Qarabağ
30 Sentyabr , 2019 13:42
AŞPA-nın qarşısında Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı aksiya keçiriləcək

Azərbaycanlılar Ermənistanın girovluğunda saxlanılan Dilqəm ƏsgərovŞahbaz Quliyevin azadlığa buraxılması tələbi ilə Fransada etiraz aksiyası keçirəcək. 

"Report"un yerli bürosunun məlumatına görə, aksiya oktyabrın 1-də Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) binası qarşısında baş tutacaq. 

Qeyd edək ki, 2014-cü ilin iyulun 11-də azərbaycanlı mülki şəxslər - D.Əsgərov və Ş.Quliyev Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda valideynlərinin məzarlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb, onların yanında olan Həsən Həsənov isə qətlə yetirilib. Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış oyuncaq separatçı rejim tərəfindən uydurma iddialar əsasında “məhkəmə” təşkil edilərək D.Əsgərov “ömürlük”, Ş.Quliyev isə 22 il müddətinə qanunsuz olaraq azadlıqdan məhrum ediliblər.

Azərbaycan Respublikasının Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərlərinin, eləcə də xarici işlər nazirlərinin görüşlərində, habelə Dövlət Komissiyasının aidiyyəti beynəlxalq təşkilatlarla 2017-ci və 2018-ci illərdə apardığı müzakirələr zamanı əsir-girovların “hamının-hamıya” formatında azad olunması ilə bağlı Azərbaycan Respublikasının prinsipial mövqeyi dəfələrlə qarşı tərəfə çatdırıb.

Son xəbərlər

Orphus sistemi