​AŞPA-nın məruzəçisi Azərbaycanın işğal altında olan ərazilərinə və Ermənistana səfər edəcək

​AŞPA-nın məruzəçisi Azərbaycanın işğal altında olan ərazilərinə və Ermənistana səfər edəcək O, "Dağlıq Qarabağ və Azərbaycanın işğal altında olan başqa ərazilərində gərginlyin artması" haqda məruzə hazırlayır
Qarabağ
1 Aprel , 2015 17:00
​AŞPA-nın məruzəçisi Azərbaycanın işğal altında olan ərazilərinə və Ermənistana səfər edəcək

Bakı. 1 aprel. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi məsələlər üzrə Komitəsinin məruzəçisi Robert Uolter may ayında Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə və Ermənistana səfər edəcək.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamenti sədrinin müavini Erminə Naqdalyan bildirib.

Xatırladaq ki, R.Uolter bu il martın 12-də Azərbaycanda səfərdə olub. Bakıda onu Azərbaycan Prezidenti İlham Əliyev qəbul edib. Britaniyalı deputat Azərbaycanın başqa rəsmiləri ilə də görüşlər keçirib. Robert Uolter 2014-cü ilin oktyabr ayında AŞPA-nın payız sessiyasında Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunan ərazilərində vəziyyətin gərginləşməsi üzrə məruzəçi təyin olunub.

O, "Dağlıq Qarabağ və Azərbaycanın işğal altında olan başqa ərazilərində gərginlyin artması" haqda məruzə hazırlayır. Səfər də həmin hesabatla bağlıdır.

Son xəbərlər

Orphus sistemi