​AŞPA məruzəçisi Müdafiə Nazirliyində olub

​AŞPA məruzəçisi Müdafiə Nazirliyində olub Robert Uolterə regiondakı hərbi-siyasi vəziyyətlə bağlı məlumat verilib
Qarabağ
12 Mart , 2015 19:18
​AŞPA məruzəçisi Müdafiə Nazirliyində olub

Bakı. 12 mart. REPORT.AZ/ Bu gün Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Siyasi işlər və demokratiya komitəsinin Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Robert Uolterin başçılıq etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyində olub.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev münaqişə bölgəsində gərginliyin artması ilə bağlı hesabat hazırlamaq məqsədilə Azərbaycanda iki günlük səfərdə olan qonağa regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş məlumat verib və onu maraqlandıran bir sıra sualları ətraflı cavablandırıb.

Son xəbərlər

Orphus sistemi