AŞPA Alt Komitəsinin sədri: "Güman ki, Qarabağ münaqişəsi ətrafında danışıqlara apreldə yenidən başlayacağıq"

AŞPA Alt Komitəsinin sədri: "Güman ki, Qarabağ münaqişəsi ətrafında danışıqlara apreldə yenidən başlayacağıq" Stefan Şennak "Report"un Qərbi Avropa bürosuna açıqlama verib
Qarabağ
24 yanvar 2018 05:19
AŞPA Alt Komitəsinin sədri: Güman ki, Qarabağ münaqişəsi ətrafında danışıqlara apreldə yenidən başlayacağıq
AŞPA Avropa Şurası ölkələri arasında münaqişələr üzrə Alt Komitəsinin sədri Ştefan Şennak / Report

Strasburq. 24 yanvar. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Alt Komitəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan müzakirələrdə fasilə yaranmasının səbəbi açıqlanıb.

Bununla bağlı AŞPA-nın Avropa Şurası ölkələri arasında münaqişələr üzrə Alt Komitəsinin sədri Stefan Şennak "Report"un Qərbi Avropa bürosuna açıqlama verib.

"Avropa Şurası Parlament Assambleyasının Alt Komitəsi çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan müzakirələrdə hələlik fasilə yaranıb. Yaxın aylarda Dağlıq Qarabağ münaqişəsi gündəlikdə deyil. Buna səbəb Alt Komitənin Dnestryanı münaqişəsi ilə sıx və fəal şəkildə məşğul olmasıdır. Dnestryanı münaqişəsi ətrafında intensiv müzakirələr 3 ildir aparılır və bu münaqişənin həlli istiqamətində uğurlarımız var. Məqsədimiz işimizi axıra çatdırmaqdır. Hələlik digər münaqişələr gündəlikdə deyil. Lakin, çox güman ki, aprel ayında Dağlıq Qarabağ münaqişəsi ətrafında danışıqlara yenidən başlayacağıq" - S.Şennak bildirib.

Son xəbərlər

Orphus sistemi