Bakı. 9 may. REPORT.AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Tərtər, Füzuli və Samux rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat yayıb. ANAMA-dan "Report"a verilən məlumata görə, agentlik tərəfindən Tərtər rayonunun Qarağacı kəndində 3 ev və həyətyanı sahədə 7 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış 122 mm-lik top mərmisi aşkar edilib, gün ərzində 30 000 kv. m ərazi yoxlanılıb.
Qaynaq kəndində 1 ev və həyətyanı sahədə, 3 otlaq sahəsində 4 partlayış yerinə baxış keçrilib, 1 ədəd partlamamış 122 mm-lik top mərmisi aşkar edilmişdir. Gün ərzində 1 250 kv. m ərazi yoxlanılıb.
Əskipara kəndi – 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçrilmiş və gün ərzində 5 000 kv. m ərazi yoxlanılmışdır. Baxış zamanı PHS aşkar olunmayıb.
FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatına əsasən gün ərzində 5 ev və həyətyanı sahələrdə, 3 otlaq sahəsində 12 partlayış yerinə baxış keçrilib, 36 250 kv. m ərazi yoxlanılıb, 2 ədəd 122 mm-lik top mərmisinin daşınması mümkün olduğu üçün Mərkəzi Məhvetmə Ərazisinə (MMƏ) daşınıb.
Füzuli rayonunun Şükürbəyli kəndində 2 otlaq sahəsində 2 partlayış yerinə baxış keçirilib, 470 kv.m ərazi qəlpələrdən təmizlənıb, heç bir PHS aşkar olunmayıb.
Cəmi 2 otlaq sahəsi, 2 partlayış yeri aşkar edilib və 470 kv. m ərazi təmizlənıb.
Bu gün 5 ev və həyətyanı sahədə, 5 otlaq sahəsi daxil olmaqla 14 partlayış yerinə baxış keçirilib, 2 ədəd 122 mm-lik top mərmisi aşkar edilib, daşınması mümkün olduğu üçün Mərkəzi Məhvetmə Ərazisinə (MMƏ) daşınmış. Gün ərzində 36 720 kv. m ərazi təmizlənib.
Ümumilikdə agentlik tərəfindən 7 Aprel - 9 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında və Bakı şəhərində 453 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 12 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 417 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
Hal-hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.







