Amerikalı politoloq: "Avropa İttifaqı, NATO və ABŞ Ermənistan hökumətinə daha çox təzyiq göstərməlidir"

Amerikalı politoloq: "Avropa İttifaqı, NATO və ABŞ Ermənistan hökumətinə daha çox təzyiq göstərməlidir" "Ermənistan hökuməti status-kvonu qorumağa çalışır, beynəlxalq və humanitar qanunları pozmağa davam edir"
Qarabağ
11 Oktyabr , 2017 12:47
Amerikalı politoloq: Avropa İttifaqı, NATO və ABŞ Ermənistan hökumətinə daha çox təzyiq göstərməlidir
Report

Bakı. 11 oktyabr. REPORT.AZ/ "Ermənistan hökuməti status-kvonu qorumağa çalışır, beynəlxalq və humanitar qanunları pozmağa davam edir, daim günahsız vətəndaşlara və Azərbaycanın mədəni dəyərlərinə qarşı dəhşətli addımlar atır".

Bunu "Report"a amerikalı politoloq Piter Teys deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün ikitərəfli və çoxtərəfli səviyyədə keçirilən görüşlər konkret nəticə verməyib, ATƏT-in Minsk qrupu isə faktiki olaraq vaxt və resurs itkisinə səbəb olur: "Avropa İttifaqı (Aİ), NATO və ABŞ Ermənistanın indiki hökumətinə daha çox təzyiq göstərməlidir ki, onlar dərhal öz qoşunlarını Azərbaycanın suveren ərazisindən geri çəksinlər. Ermənistan tərəfinin atəşkəs rejimini daim pozması təcrübəsi Azərbaycanın suverenliyinin pozulmasını aydın nümayiş etdirən göstəricidir və bu, bizi ötən əsrin 30-cu illərində faşist İtaliyasının Efiopiya və Eritreyanı işğal etdiyi günlərə aparır. Ermənistan beynəlxalq hüquqa hörmət etmir və Yeravanın siyasəti təkcə Qafqazın yox, həm də bütünlükdə Avropanın iqtisadi inkişafına əsas maneədir".

Miçiqan ştatında qondarma "erməni soyqırımı" barədə qətnamənin qəbul edilməsinə toxunan P.Teys miçiqanlı qanunvericilərin növbəti dəfə Ermənistanın dezinformasiya tələsinə düşdüyünü təəssüflə qeyd edib: "Buna kimin təşəbbüs göstərməsindən asılı olmayaraq, Miçiqan erməni təbliğatının qurbanı oldu. Ştatın qanunverici orqanının üzvləri bu addımları ilə ermənilərin azərbaycanlılara qarşı törətdikləri qanlı faciələri tanımaqdan imtina edir. Biz hələ də dünyada ikili standartlara şahid oluruq".

Eyni zamanda, P.Teys hətta 50 ştatın hamısının qondarma soyqırımı tanıyacağı halda, ABŞ federal hökumətinin bunu qəbul etməsinin qeyri-mümkün olduğunu deyib.

Son xəbərlər

Orphus sistemi