Amerikalı jurnalist: "Ermənistan beynəlxalq hüququ pozur"

Amerikalı jurnalist: "Ermənistan beynəlxalq hüququ pozur" "Ermənilər Azərbaycanı geri çəkilməyə məcbur etmək üçün mülki hədəflərə hücum edərək bu yolla vahimə və qarışıqlıq yaradacaqlarını açıq şəkildə bəyan ediblər".
Qarabağ
5801
12 Oktyabr , 2020 12:46
Amerikalı jurnalist: Ermənistan beynəlxalq hüququ pozur

"Ermənilər Azərbaycanı geri çəkilməyə məcbur etmək üçün mülki hədəflərə hücum edərək bu yolla vahimə və qarışıqlıq yaradacaqlarını açıq şəkildə bəyan ediblər".

Bu barədə “Report”a bildirən amerikalı hərbi jurnalist Bencamin Minik Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın cəbhə xəttindən uzaqdakı şəhərlərinə raket hücumlarını dəyərləndirib.

“Ermənistan Azərbaycana mümkün qədər çox ziyan vurmağa köklənib. Hər müharibədə infrastrukturu dağıdıb məhv etmək başlıca məsələdir. Onlar isə daha irəli gedib uşaqlara, qadınlara hücum edirlər. Yəni belə çıxır ki, onların əsl məqsədi işğal etdikləri əraziləri saxlamaq yox, daha da genişləndirməkdir”, – jurnalist deyib.

O, beynəlxalq birliyin Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına dair BMT qətnamələrini yerinə yetirməyi təmin etməsinin vacibliyini qeyd edib:

“Ermənilər Azərbaycan ərazisindən çıxmağı rədd etməklə beynəlxalq hüququ pozurlar. ATƏT-in Minsk qrupu elə əvvəlcədən səmərəsiz olub. Həmsədrlərin dəyişməsi faydalı ola bilər, amma mövcud fəaliyyətsizliklərini də uzada bilər. Bu qrup məsələni həll edən vasitəyə yox, bir növ monitorinq qurumuna cevrilib”.

Xatırladaq ki, humanitar atəşkəs elan edildikdən sonra oktyabrın 11-də cəbhədən uzaqda yerləşən Gəncə şəhərinin Ermənistan ordusu tərəfindən raket atəşinə tutulması nəticəsində 9 nəfər həlak olub, aralarında uşaqlar olan 35 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi