Amerikalı ekspert: "Yaxın perspektivdə Dağlıq Qarabağ münaqişəsinin həlli ehtimalı azdır"

Amerikalı ekspert: "Yaxın perspektivdə Dağlıq Qarabağ münaqişəsinin həlli ehtimalı azdır" "Regionda mövcud vəziyyət və qeyri-sabitlikdə maraqlı olan əsas qüvvə var"
Qarabağ
122
3 Noyabr , 2016 13:33
Amerikalı ekspert: Yaxın perspektivdə Dağlıq Qarabağ münaqişəsinin həlli ehtimalı azdır

Vaşinqton. 3 noyabr. REPORT.AZ/ "Regionda münaqişələrin yaşanmasında və mövcud vəziyyətin qorunmasında maraqlı olan əsas qüvvə var. Buna görə də yaxın gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından çox da nikbin deyiləm".

Bunu "Report"un Vaşinqtona ezam olunmuş müxbirinə açıqlamasında "Atlantik Şurası" analitik mərkəzinin transatlantik əlaqələr proqramının direktoru Frensis Barvell (Frances Burwell) deyib.

Onun sözlərinə görə, regionda qeyri-sabitlikdə maraqlı olan əsas güc Rusiyadır.

Xanım F.Barvell NATO və Avropa İttifaqının diqqətinin hazırda başqa məsələlərə yönəldiyini qeyd edib: "Hazırda Avropanın üzləşdiyi problemləri nəzərə alsaq, Aİ yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsinin həlli iqtidarında deyil", - deyə o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi