Amerikalı analitik: “Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməsi razılaşmaları pozur”

Amerikalı analitik: “Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməsi razılaşmaları pozur” "Hərbi məğlubiyyətə bu qədər aşağı münasibət, Azərbaycan vətəndaşlarına xələl gətirməklə itkilərin qisasını almaq qorxaqların və zəiflərin işidir"
Qarabağ
231
19 Mart , 2021 12:34
Amerikalı analitik: “Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməsi razılaşmaları pozur”

"Ermənistan minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməklə keçən ilin 9 noyabr tarixli üçtərəfli bəyanatının razılaşmalarını pozur".

Bu barədə “Report”a amerikalı jurnalist, milli təhlükəsizlik üzrə analitiki və hüquqşünas İrina Tsukerman bildirib.

O deyib ki, yaşayış sahəsinin minalanması və bu torpaqların minalardan təmizlənməsi üzrə işlərdə əməkdaşlıqdan imtina faktı həm hüquqi, həm siyasi, həm də mənəvi baxımdan razılaşmaların pozulmasıdır.

“Mülki insanlara qarşı minalar kimi qadağan olunmuş üsullardan qəsdən istifadə edilməsi istənilən halda beynəlxalq hüquqa ziddir. Mülki insanlara qarşı terror metodları istənilən formada qadağandır. Ermənistan minalardan təmizləmə əməliyyatlarının iştirakçısı olaraq fəal əməkdaşlıq etmək məcburiyyətində deyil, lakin mülki şəxslərin həyatı üçün təhlükə yaradan hərəkətlər etmək hüququ yoxdur. Bu ərazilər Ermənistan tərəfindən işğal edildiyi və daha öncəsində mülki əhalinin istifadəsində olduğu üçün azadlıqdan sonra onların statusları dəyişməyib”, - ekspert qeyd edib.

Onun sözlərinə görə, siyasi baxımdan Ermənistanın hərəkətləri, daha doğrusu, hərəkətsizliyi 10 noyabr tarixli üçtərəfli bəyanatın pozulmasıdır, çünki bu razılaşma bütün erməni hərbi qüvvələrinin Azərbaycan ərazilərindən çıxarmaq məcburiyyətini şərtləndirirdi.

“Azərbaycanın mülki şəxslərinin və hərbi qulluqçuların həyatlarına son qoyan minaları orada saxlamaq həm sazişin məzmununa, həm də ruhuna ziddir və mahiyyət etibarilə rəsmi qaydada sona çatan döyüş əməliyyatlarının davamıdır. Mənəvi baxımdan isə mülki şəxslərin həyatını çətinləşdirmək və onların həyatı üçün təhlükə yaratmaq, sadəcə, biabırçılıqdır.

Hərbi məğlubiyyətə bu qədər aşağı münasibət, Azərbaycan vətəndaşlarına xələl gətirməklə itkilərin qisasını almaq qorxaqların və zəiflərin işidir, daha erməni hərbçilərinin özlərini bütün dünyaya təqdim etməyə çalışdıqları kimi cəsur igidlərin yox. Bu cür metodlarda iştirak edən məmurlar və hərbi qulluqçular buna görə cavabdehlik daşımalıdır”, - İ.Tsukerman fikrini tamamlayıb.

Son xəbərlər

Orphus sistemi