“Alovlu kortej” və ya uğursuz görüş: Araik sağdırmı?

“Alovlu kortej” və ya uğursuz görüş: Araik sağdırmı? Hər şey xronoloji ardıcıllığa uyğun gəlir: kortej videoda əks olunan görüşdən qayıdarkən atəşə tutulub
Qarabağ
2 Noyabr , 2020 19:26
“Alovlu kortej” və ya uğursuz görüş: Araik sağdırmı?

Dağlıq Qarabağda Azərbaycan Silahlı Qüvvələri tərəfindən separatçı rejimin başçısı Araik Harutunyanın öldürülməsinə dair KİV-də yayılan məlumatlardan sonra Ermənistan tərəfi bütün mümkün yollarla bu xəbərləri isterik formada təkzib etməyə başladı.

"Report" xəbər verir ki, hətta onların hərbi maşın karvanının bizim dronlar tərəfindən endirilən zərbələr nəticəsində külə dönməsini əks edən görüntülər də qarşı tərəfi inandıra bilmədi. Sosial şəbəkələrdə də məhz bu kadrların separatçıların başçısının məhv edildiyi əməliyyatla bağlı olduğu qızğın müzakirə edildi.

Lakin sözügedən faktı inkar etmək cəhdləri inandırıcı olmadı. Belə ki, əvvəlcə məlumatı inkar etmək üçün David Qəhrəmanyan (David Ghahramanyan) adlı fotoqrafın Harutunyanla çəkdirdiyi foto şəkil sosial şəbəkələrdə məqsədli şəkildə yayıldı.

Ardından bu gün onun birinci Qarabağ müharibəsində komandir olmuş Vladimir Balayan və Şahen Meğryanın könüllü dəstələriylə guya bu gün bir neçə saat əvvəl çəkilmiş videosu paylaşıldı.

Bu məqamda sosial şəbəkə istifadəçiləri kardların köhnə və saxta olduğunu ifşa etdi. Belə ki, foto feysbuka ötən gecə saat 02:29-da yerləşdirilib, müvafiq olaraq, bu gün çəkilə bilməzdi.

Videokadrlardan və feysbukda yerləşdirilmiş fotodan açıq-aydın görünür ki, onlar təxminən eyni vaxtda və eyni yerdə çəkilib.

Beləcə hər şey xronoloji ardıcıllığa uyğun gəlir. Videoda əks olunan görüşdən qayıdarkən onların maşın karvanı atəşə tutulub.

Sosial şəbəkələrin erməni istifadəçiləri həmçinin bunun separatçıların “müdafiə naziri” Cəlal Harutunyanın məhv edilməsi ilə bağlı əhvalatla oxşarlığını müzakirə edir. Onun da ölməsini inadla inkar edirlər, yüngül xəsarət aldığını iddia edirlər, amma nədənsə “vəzifə”sindən çıxarıblar. Ondan sonra C.Harutunyandan səs-səmir çıxmayıb. Beləliklə, ermənilər həqiqəti gizlətmək üçün nə qədər çox əlləşirlərsə, özlərini də bir o qədər pis vəziyyətə qoyurlar. Həqiqətənmi bu iki Harutunyanın taleyi belə bənzərdir?

Son xəbərlər

Orphus sistemi