Almaniyanın Köln şəhərində erməni təxribatının qarşısı alınıb

Almaniyanın Köln şəhərində erməni təxribatının qarşısı alınıb Almaniyanın Köln şəhərində Azərbaycan Ordusuna dəstək məqsədi ilə aksiya keçirilib.
Qarabağ
893
19 İyul , 2020 21:49
Almaniyanın Köln şəhərində erməni təxribatının qarşısı alınıb

Almaniyanın Köln şəhərində Azərbaycan Ordusuna dəstək məqsədi ilə aksiya keçirilib.

“Report”un Avropa bürosunun məlumatına görə, aksiya tarixi Köln kafedralının qarşısında baş tutub.

Aksiyaya Şimali Reyn-Vestfaliya və digər əyalətlərdə yaşayan soydaşlarımız qatılıblar.

Kütləvi tədbir icazəli olduğundan və şəhər rəhbərliyi ilə razılaşdırıldığından Köln polis təşkilatının əməkdaşları tədbirin keçirildiyi ərazidə keşiş çəkiblər. Aksiyadan əvvəl bir qrup erməni və PKK terror təşkilatının tərəfdarları əllərində Ermənistan və terror təşkilatının bayraqları ilə həmvətənlərimizin toplaşdığı meydana gəlməyə cəhd göstəriblər. Lakin həmvətənlərimizin bu barədə polisə məlumat verməsindən sonra onlar dərhal ərazidən uzaqlaşdırılıblar.

Aksiya Azərbaycan Dövlət Himninin səsləndirilməsindən sonra başlayıb. Çıxış edənlər bildiriblər ki, bu gün Azərbaycan Ordusuna dəstəyini ifadə etmək və işğalçı Ermənistanın son günlər cəbhədə törətdiyi təxribatları bütün dünyaya göstərmək məqsədi ilə Almaniyada yaşayan Azərbaycan türkləri ilə yanaşı, Türkiyə türkləri də aksiyada iştirak edirlər. Onlar aksiya iştirakçılarından ola biləcək erməni təxribatına qətiyyən reaksiya verməməyi və bu barədə dərhal polisə məlumat vermələrini xahiş ediblər.

Aksiyada müxtəlif dillərdə “Qarabağ Azərbaycandır”, “Xocalıya Ədalət”, “Erməni işğalına son”, “Azərbaycan-Türkiyə, çiyin-çiyinə”, “Ən böyük əsgər bizim əsgər” şüarları səsləndirilib.

Çıxış edənlər Almaniyanın digər şəhərlərində ordumuza dəstək məqsədi ilə keçiriləcək növbəti aksiyalarda yaxından iştirak etməyin vacibliyinə də toxunublar.

Son xəbərlər

Orphus sistemi