Almaniyalı deputatlar Dağlıq Qarabağdakı “seçkilər”i pisləyiblər

Almaniyalı deputatlar Dağlıq Qarabağdakı “seçkilər”i pisləyiblər Almaniya Bundestaqının üzvləri işğal altında olan Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər”i pisləyərək Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyiblər.
Qarabağ
1 Aprel , 2020 20:32
Almaniyalı deputatlar Dağlıq Qarabağdakı “seçkilər”i pisləyiblər
Wiki

Almaniya Bundestaqının üzvləri işğal altında olan Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər”i pisləyərək Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyiblər.

“Report” xəbər verir ki, Xristian Demokrat İttifaqının parlamentdəki nümayəndələrindən Mark Hauptmann “Twitter”dəki hesabında yazıb: “Ermənistan ilə Rusiya Dağlıq Qarabaqla oynamağa dərhal son qoymalıdır. Avropa Komissiyası çox haqlı olaraq bizim birmənalı olaraq Azərbaycana məxsus ərazilərdə hər hansı saxta seçkiləri tanımadığımızı bildirir”.

Deputatlardan Helin Evrim Sommer: “Dağlıq Qarabağdakı rejimin koronavirus pandemiyası dövründə dırnaqarası seçki keçirməsi əhalinin sağlamlığı baxımdan da siyasi məsuliyyətsizlikdir”.

Nikolas Löbel: “Biz “prezident seçkiləri”nin keçirilməsini tanımırıq. Onlar gələcək statusun təyin olunmasına, yaxud davam edən danışıqların nəticəsinə təsir edə bilməz. Biz münaqişənin dinc yolla həllinə yönələn bütün səyləri dəstəkləyirik”.

Son xəbərlər

Orphus sistemi