Almaniyalı deputat: “ATƏT-dən konkret nəticələr gözləyirik”

Almaniyalı deputat: “ATƏT-dən konkret nəticələr gözləyirik” Stefan Mayer: "Münaqişənin həll yolu beynəlxalq hüququ və xüsusilə BMT-nin müvafiq qətnamələrini əks etdirməlidir"
Qarabağ
19 May , 2016 16:26
Almaniyalı deputat: “ATƏT-dən konkret nəticələr gözləyirik”

Bakı. 19 may. REPORT.AZ/ Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Ermənistan qoşunlarının bütün təmas xətti boyunca mövqelərimizə və mülki əhalinin məşkunlaşdığı kənd və qəsəbələrə ağır silahlardan atəş açması dünya ictimaiyyəti tərəfindən pislənilir. 

"Report"un məlumatına görə, bununla əlaqədar Almaniyanın CDU partiyasından deputat, CDU/CSU koalisiyasının daxili işlər üzrə mətbuat katibi Stefan Mayer Avropa Azərbaycan Cəmiyyətinin sorğusuna cavab olaraq açıqlama verib.

Açıqlamada bildirilir ki, günahsız insanlar arasında çoxlu sayda itkilərin qarşısını almaq üçün bütün zorakılıq halları birmənalı şəkildə pislənilməlidir. Cənubi Qafqazda sabitliyin davamlı xarakter daşıması çox vacibdir və bu, Almaniya və Avropanın strateji maraqları kontekstində prioritet təşkil edir.

“Xüsusilə hazırkı hərbi münaqişə kontekstində mən beynəlxalq ictimaiyyətdən və ATƏT-in Minsk qrupundan Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə nail olmalarını səbirsizliklə gözləyirəm. Təbii ki, bu həll yolu beynəlxalq hüququ və xüsusilə də BMT-nin müvafiq qətnamələrini əks etdirməlidir”, - deyə almaniyalı deputat qeyd edib.

Son xəbərlər

Orphus sistemi