Almaniyada Dağlıq Qarabağ münaqişəsinə dair konfranslar keçiriləcək

Almaniyada Dağlıq Qarabağ münaqişəsinə dair konfranslar keçiriləcək Tədbirlər Almaniyadakı Türk-Azərbaycan Birliyinin (TAVD) təşkilatçılığı ilə Berlin və Hamburq şəhərlərində olacaq
Qarabağ
4 Dekabr , 2014 18:46
Almaniyada Dağlıq Qarabağ münaqişəsinə dair konfranslar keçiriləcək
Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin deputatı Musa Qasımlı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş konfranslarda iştirak etmək üçün dekabrın 5-dən 15-dək Almaniyada səfərdə olacaq. Bu barədə "Report"a MM-in mətbuat xidmətindən məlumat verilib.   

Almaniyadakı Türk-Azərbaycan Birliyinin (TAVD) təşkilatçılığı ilə Berlin və Hamburq şəhərlərində keçiriləcək konfranslarda Türkiyə və Azərbaycan tarixçiləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətləri yerli ictimaiyyətin diqqətinə çatdıracaq, tarixin müxtəlif dövrlərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri qətliamlardan, o cümlədən Xocalı soyqırımından bəhs edəcəklər.

Millət vəkili öz məruzələrində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri barədə ətraflı məlumat verəcək. Son iki yüz ildə ermənilərin Azərbaycan ərazilərinə gətirilib yerləşdirilməsi nəticəsində bölgədə demoqrafik şəraitin dəyişdirildiyini Almaniya ictimaiyyətinin nəzərinə çatdıracaq. 1988-ci ildən başlanan Dağlıq Qarabağ münaqişəsinin bu gün də regional sülhə və təhlükəsizliyə böyük təhlükə olduğunu, həmçinin qonşuluq münasibətlərini təhdid etdiyini konkret faktlarla bildirəcək.

Son xəbərlər

Orphus sistemi