Alman publisist: "Xocalı soyqırımı azərbaycanlılara qarşı ən böyük haqsızlıqdır" - VİDEO

Alman publisist: "Xocalı soyqırımı azərbaycanlılara qarşı ən böyük haqsızlıqdır" - VİDEO Alman publisist və tərcüməçi Mattias Volf Xocalı soyqırımını azərbaycanlılara qarşı törədilən ən böyük haqsızlıq sayıb.
Qarabağ
127
26 Fevral , 2020 17:40
Alman publisist: Xocalı soyqırımı azərbaycanlılara qarşı ən böyük haqsızlıqdır - VİDEO
0 : 00
0 : 00

Alman publisist və tərcüməçi Mattias Volf Xocalı soyqırımını azərbaycanlılara qarşı törədilən ən böyük haqsızlıq sayıb.

“Report” xəbər verir ki, o, bu barədə fikirlərini Diaspor TV-nin efirində bölüşüb.

Berlində çoxlu azərbaycanlılar yaşayır və onlardan Xocalı soyqırımı haqqında məlumat almışam. Hətta azərbaycanlılara qarşı olan haqsızlıqlar barədə də öyrənmişəm. Azərbaycanlılara qarşı ən böyük haqsızlıq olan Xocalı soyqırımı Avropaya məlum olmayan bir şeydir. Avropanın bu barədə məlumatlı olması çox vacibdir”, - M.Volf bildirib. 

Qeyd edək ki, alman publisist və tərcüməçi Mattias Volf Azərbaycan dilində təmiz danışır və yazır, ədəbiyyatımızı, mədəniyyətimizi, tariximizi öyrənir. Ümum-Avropa Qarabağ mitinqinə qoşulan Mattias Volf ölkəmizə olan sevgisini Diaspor TV-yə danışıb.

Son xəbərlər

Orphus sistemi