Alman ekspert: “Qarabağ müharibəsi zamanı beynəlxalq ictimaiyyət öz gündəminin olduğunu göstərdi”

Alman ekspert: “Qarabağ müharibəsi zamanı beynəlxalq ictimaiyyət öz gündəminin olduğunu göstərdi” "Ermənistan baş naziri Paşinyanın demokratik gündəmi Moskvanı narahat edir”
Qarabağ
21 Yanvar , 2021 19:05
Alman ekspert: “Qarabağ müharibəsi zamanı beynəlxalq ictimaiyyət öz gündəminin olduğunu göstərdi”
Udo Ştaynbax

“Son 30 ilin təcrübəsi göstərdi ki, hər iki tərəf, görünür, Dağlıq Qarabağ münaqişəsinin diplomatik həllinə nail ola bilməz”.

Bu sözləri “Report”a Yaxın Şərq üzrə nüfuzlu alman ekspert, islamşünas professor Udo Ştaynbax Ermənistanla Azərbaycan arasındakı 44 günlük müharibənin nəticələrini şərh edərkən söyləyib.

“Digər tərəfdən, beynəlxalq ictimaiyyət öz gündəminin olduğunu göstərdi. Avropa İttifaqı vasitəçi kimi çıxış etməyə ehtiyac duymadı; görünür, münaqişəni öz maraqları baxımından marjinal hesab edirlər. ABŞ gücü Gürcüstana verib, ölkədə anti-Rusiya mövqeyi formalaşdırmağa çalışır. Rusiya Cənubi Qafqazda həlledici oyunçu olaraq geri dönməsinə görə məmnun ola bilər. Bununla belə, Ermənistan baş naziri Paşinyanın demokratik gündəmi Moskvanı narahat edir”, - U.Ştaynbax deyib.

O qeyd edib ki, məcburi köçkünlərin 30 il əvvəl tərk etdikləri doğma torpaqlarına qayıtması və azad edilmiş ərazilərdə dağıdılmış infrastrukturun bərpası kifayət qədər vəsait tələb edən işdir və bunun üçün böyük yatırımlar və investisiyalar tələb olunacaq.

Son xəbərlər

Orphus sistemi