Gəncə terroru ilə tanış olan ukraynalı deputat: “Bu dəhşətli cinayət yolverilməzdir”

Gəncə terroru ilə tanış olan ukraynalı deputat: “Bu dəhşətli cinayət yolverilməzdir” “Bu gün biz Gəncəyə gələrək bu dəhşətli cinayətin şahidi olduq. Evlər dağıdılıb, bir neçə mülki insan həlak olub. Bu yolverilməzdir”.
Qarabağ
17 Oktyabr , 2021 12:55
Gəncə terroru ilə tanış olan ukraynalı deputat: “Bu dəhşətli cinayət yolverilməzdir”

“Bu gün biz Gəncəyə gələrək bu dəhşətli cinayətin şahidi olduq. Evlər dağıdılıb, mülki insanlar həlak olub. Bu, müharibə cinayətidir. Bu yolverilməzdir”.

“Report” xəbər verir ki, bu sözləri Gəncəyə səfər edən Ukrayna-Azərbaycan parlamentlərarası həmsədri, deputat Vladimir Kredenko deyib.

“Mülki insanların öldürülməsi, sizə aid olmayan əraziyə iddia etmək yolverilməzdir. İnanırıq ki, mülki insanlar canlarını əbəs yerə fəda etməyiblər. Bizim xalqlarımız müstəqillik və ərazi bütövlüyü naminə vahid olmalı, bir-birini dəstəkləməlidir. ", - deyə deputat qeyd edib.

Qeyd edək ki, Azərbaycana səfər edən Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dağılan əraziyə baş çəkiblər.

Xatırladaq ki, Vətən müharibəsi dövründə Azərbaycanın ikinci böyük şəhəri Gəncə bir neçə dəfə raket və ağır artilleriya hücumlarına məruz qalıb. Hücum zamanı aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 175 nəfər isə yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Son xəbərlər

Orphus sistemi