Ali Məhkəmədə şəhidləri anım mərasimi keçirilib

Ali Məhkəmədə şəhidləri anım mərasimi keçirilib Ali Məhkəmədə  Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin  anma mərasimi keçirilmiş və onların əziz xatirələri bir  dəqiqəlik sükutla yad edilib.
Qarabağ
4 Dekabr , 2020 16:01
Ali Məhkəmədə şəhidləri anım mərasimi keçirilib

Ali Məhkəmədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin anma mərasimi keçirilmiş və onların əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

"Report" xəbər verir ki, mərasimdə Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun şücaəti, Azərbaycan xalqının birliyi nəticəsində 30 il işğal altında olan əzəli Azərbaycan torpaqlarının azad olunaraq ərazi bütövlüyümüzün bərpa olunduğunu bildirib.

Ali Məhkəmənin sədri bütün şəhidlərimizə Allahdan rəhmət, yaralı qəhrəman zabit və əsgərlərimizə şəfa və ailələrinə səbr diləyib.

Ramiz Rzayev
Ramiz Rzayev

Son xəbərlər

Orphus sistemi