Aİ təmas xəttində helikopterin vurulması ilə bağlı insidenti araşdırmağa çağırıb

Aİ təmas xəttində helikopterin vurulması ilə bağlı insidenti araşdırmağa çağırıb "Hər iki tərəf atəşkəs rejiminə riayət etməlidir"
Qarabağ
267
13 Noyabr , 2014 10:14
Aİ təmas xəttində helikopterin vurulması ilə bağlı insidenti araşdırmağa çağırıb

Bakı. 13 noyabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) münaqişə tərəflərini Dağlıq Qarabağda vəziyyətin gərginləşməsinə gətirib çıxaracaq istənilən hərəkət və ya bəyanatdan çəkinməyə çağırıb.

"Report" xəbər verir ki, bu barədə Aİ mətbuat xidmətinin noyabrın 12-də qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın Mi-24 helikopterinin vurulması ilə bağlı bəyanatında deyilir. 

Aİ bəyanatında insidenti araşdırmağa çağırıb. 

Avropa İttifaqı həmçinin ATƏT-in Minsk qrupunun səylərini tam şəkildə dəstəklədiyini bildirib: "Hər iki tərəf atəşkəs rejiminə riayət etməli, eləcə də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün səyləri bərpa etməlidir".

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsasən, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək Azərbaycan mövqelərinə hücum edib. Azərbaycan qoşunları tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

Son xəbərlər

Orphus sistemi