Aİ komissarı: “Etimadın möhkəmləndirilməsi Qarabağda davamlı sülh üçün vacibdir”

Aİ komissarı: “Etimadın möhkəmləndirilməsi Qarabağda davamlı sülh üçün vacibdir” Aİ ATƏT-in Minsk qrupu həmsədrlərinin etimadın və regionda davamlı sülhün bərpa olunması ilə bağlı bütün fəaliyyətini tam dəstəkləyir
Qarabağ
12 Mart , 2021 12:48
Aİ komissarı: “Etimadın möhkəmləndirilməsi Qarabağda davamlı sülh üçün vacibdir”
Oliver Varheli

“Dağlıq Qarabağ münaqişəsinin kəskinləşməsi nəticəsində çox sayda insan həyatını itirib”.

“Report” xəbər verir ki, bunu Avropa İttifaqının qonşuluq və genişlənmə siyasəti üzrə komissarı Oliver Varheli “Cənubi Qafqaz və Qərb. Aİ ilə ABŞ arasında qarşılıqlı əlaqələrin gücləndirilməsinin səbəbləri və yolları” mövzusunda keçirilən onlayn konfransda deyib.

“ABŞ dərhal 7 milyon avrodan da çox məbləğdə humanitar yardım təqdim etdi. Üstəlik, bu münaqişənin nəticələrini yumşaltmaq üçün əlavə 10 milyon avro hazırlayırıq. Bununla belə, Dağlıq Qarabağ ətrafındakı atəşkəs rejimi kövrək olaraq qalmaqdadır”, - komissar bildirib.

O həmçinin regionda etimadın möhkəmləndirilməsi və sülhün təmin olunmasının vacibliyindən danışıb: “Orada yaşayış üçün evlər tikmək vaxt alacaq, amma etimadın möhkəmləndirilməsi ondan da çox vaxt aparacaq və bu, davamlı sülh üçün vacibdir. Aİ ATƏT-in Minsk qrupu həmsədrlərinin etimadın və regionda davamlı sülhün bərpa olunması ilə bağlı bütün fəaliyyətini tam dəstəkləyir. Təhlükəsizlik və sabitlik çiçəklənmənin əsasıdır”, - O.Varheli vurğulayıb.

Komissar Aİ-nin Azərbaycanla iqtisadiyyatın şaxələndirilməsi və vətəndaş cəmiyyətinə dəstək sahəsində əməkdaşlıq etdiyini də xatırladıb.

Son xəbərlər

Orphus sistemi