“AHK Azərbaycan”ın rəhbəri: “Qarabağda aparılan işlər heyranlıq doğurur"

“AHK Azərbaycan”ın rəhbəri: “Qarabağda aparılan işlər heyranlıq doğurur" “Qarabağın bərpası istiqamətində aparılan işlər heyranlıq doğurur”.
Qarabağ
30 Noyabr , 2022 11:59
“AHK Azərbaycan”ın rəhbəri: “Qarabağda aparılan işlər heyranlıq doğurur

“Qarabağın bərpası istiqamətində aparılan işlər heyranlıq doğurur”.

"Report" xəbər verir ki, bunu Alman-Azərbaycan Ticarət Palatasının (“AHK Azərbaycan”) icraçı direktoru Tobias Bauman "Azərbaycan bazarının təhlili 2022-2023" (Market Analysis Azerbaijan) nəşrinin təqdimatında deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin bərpası Azərbaycanın qarşısında duran böyük vəzifədir və bu sahəyə külli miqdarda vəsait ayrılır: "Qarabağda gördüklərimiz böyük heyranlıq doğurur. Burada hava limanları tikilir, yollar, şəhərlər salınır və bütün bu işlər “sıfırdan” edilir".

O bildirib ki, Azərbaycanda qeyri-neft sektoruna investisiyaların artmasına baxmayaraq, neft və qaz iqtisadi inkişafın aparıcı sektorları olaraq qalır.

T.Bauman Azərbaycanda tikinti, nəqliyyat sektorlarının da inkişaf etdiyini vurğulayıb: “Bakıda infrastrukturun necə inkişaf etdiyinə nəzər saldıqda, ölkədə bu sahəyə xüsusi diqqət ayrıldığı dərhal aydın olur. Azərbaycanda sürətlə inkişaf edən sahələrdən biri də nəqliyyat sektorudur".

Son xəbərlər

Orphus sistemi