Gənclər Fondunun rəsmisi: "Qrant layihələrində vətənpərvərlik mövzularına üstünlük veriləcək"

Gənclər Fondunun rəsmisi: "Qrant layihələrində vətənpərvərlik mövzularına üstünlük veriləcək" "Qrant layihələrində zəfər tariximiz və vətənpərvərlik mövzularına üstünlük veriləcək".
Qarabağ
16 Avqust , 2021 20:08
Gənclər Fondunun rəsmisi: Qrant layihələrində vətənpərvərlik mövzularına üstünlük veriləcək
Emil Yusifov

"Qrant layihələrində zəfər tariximiz və vətənpərvərlik mövzularına üstünlük veriləcək".

Bunu "Report"un Qarabağ bürosuna açıqlamasında Gənclər Fondunun Gənclərlə iş şöbəsinin aparıcı mütəxəssisi Emil Yusifov Azərbaycan Gənclər Fondu (AGF) və Azərbaycan Könüllülər Təşkilatları İttifaqının (AKTİ) dəstəyilə bir qrup gəncin Ağdama səfəri zamanı bildirib.

Onun sözlərinə görə, ermənilərin Qarabağda törətdikləri vandalizm aktı ilə əyani tanış olan gənclər bu faktları təbliğ edəcəklər: "Bizim əsas məqsədimiz ondan ibarətdir ki, erməni terroruna məruz qalmış Ağdam şəhərini gənclərə göstərək. Gənclərimiz bu faktları həm Azərbaycanda, həm də xaricdə yaşayan dostları, tanışları arasında təbliğ edib, erməni terrorunun bizə olan nifrətinin açıq nümunəsini hər kəsə çatdırsınlar".

E.Yusifov deyib ki, AGF-nin qrant siyasətində daim vətənpərvərlik mövzusunda layihələrə üstünlük verilib: "Bu ənənəyə sadiq olaraq, gələcəkdə qrant layihələrində bu mövzu yenə də diqqətdə olacaq və təbii ki, ordumuzun qələbə səfərindən sonra vətənpərvərlik mövzusunda layihələr qrant siyasətimizin əsas prioritetlərindən olacaq".

Son xəbərlər

Orphus sistemi