Ağdamla bağlı məqalə Pakistanın “Daily Times” qəzetində

Ağdamla bağlı məqalə Pakistanın “Daily Times” qəzetində ​​​​​​​Pakistanın nüfuzlu ingilisdilli “Daily Times” qəzetində Ağdamla bağlı məqalə dərc edilib
Qarabağ
19 Mart , 2021 23:38
Ağdamla bağlı məqalə Pakistanın “Daily Times” qəzetində

Pakistanın nüfuzlu ingilisdilli “Daily Times” qəzetində “Ağdam təəssüratı: “Ruhlar şəhəri”ndə Dirilən Ruhumuz” adlı məqalə dərc edilib.

“Report”un məlumatına görə, məqalənin müəllifi bu yaxınlarda işğaldan azad edilən Ağdam şəhərində olan “Diasporpress.az” saytının baş redaktoru Toğrul Allahverdilidir.

O, qeyd edib ki, media və QHT rəhbərləri, o cümlədən, ictimai fəallardan ibarət qrupun Prezidentin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin iştirakı ilə Ağdam səfəri əlamətdar olub.

“İndi isə bu səfər sayəsində Ağdama gedə bildim. Dünya çoxdandır ki, Ağdamı “ruhlar şəhəri” kimi tanıyır. Bəli, amalları başqa xalqlara malik nə varsa, oğurlamaq, özününküləşdirmək olan ermənilər ötən əsrin 90-cı illərinə qədər tək Azərbaycanın, tək Qarabağın yox, ümumilikdə Qafqazın say-seçmə şəhərlərindən birinə çevrilmiş Ağdamda daşı daş üstə qoymayıblar. Erməni xisləti özünü Ağdamda istisnasız, yüzdə yüz göstərib. Cəmi 30 il əvvəl görkəmi ilə göz oxşayan Ağdam indi minillik viranəni xatırladır… Bu mənzərəni sakit, qəzəb və həyəcansız seyr etmək mümkün deyil!”-deyə, məqalədə bildirilib.

Daha sonra o məqaləsində Ağdamda ermənilər tərəfindən xarabalığa çevrilən ərazilərlə bağlı təəssüratını bölüşüb.

Son xəbərlər

Orphus sistemi