Ağdam sakinlərinin doğma şəhərə səfəri baş tutub

Ağdam sakinlərinin doğma şəhərə səfəri baş tutub Ağdam rayon sakinlərinin işğaldan azad edilən doğma şəhərə səfəri baş tutub.
Qarabağ
883
5 Sentyabr , 2021 13:52
Ağdam sakinlərinin doğma şəhərə səfəri baş tutub

Ağdam rayon sakinlərinin işğaldan azad edilən doğma şəhərə səfəri baş tutub.

“Report”un məlumatına görə, sakinləri Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb. Xüsusi nümayəndə Ağdamın yenidən qurulması planları barədə məlumat verib.

Ağdam şəhəri də daxil olmaqla, rayonun müxtəlif kəndlərindən 48 sakin Ağdama ziyarətə gətirilib.

Rayon sakinləri Pənahəli xanın imarəti, Çörək Muzeyi, Ağdam Mədəniyyət Evi, Cümə Məscidinə baxış keçirdikdən sonra, Qiyaslı kənd məscidi və Şahbulaq qalasını ziyarət edəcəklər.

Son xəbərlər

Orphus sistemi