Prezidentin köməkçisi: Ermənilərin Ağdam və Laçından çıxarılması vaxtı olduğu kimi qalır

Prezidentin köməkçisi: Ermənilərin Ağdam və Laçından çıxarılması vaxtı olduğu kimi qalır “Qrafikə uyğun olaraq Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərindən mülki insnalar, hərbçilər çıxarılır.Ağdamdan 20 noyabr, Laçından isə ermənilərin çıxarılması nəzərdə tutan vaxt dekabrın 1-dək olduğu kimi saxlanılır. Bircə Kəlbəcərlə ba
Qarabağ
7105
15 Noyabr , 2020 15:03
Prezidentin köməkçisi: Ermənilərin Ağdam və Laçından çıxarılması vaxtı olduğu kimi qalır
Hikmət Hacıyev

“Qrafikə uyğun olaraq Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərindən mülki insanlar, hərbçilər çıxarılır. Ermənilərin Ağdamdan 20 noyabr, Laçından isə dekabrın 1-dək çıxarılmasını nəzərdə tutan vaxt olduğu kimi saxlanılır. Bircə Kəlbəcərlə bağlı bu zaman 15 noyabrdan 25 noyabradək uzadılıb”.

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bu müjdə Ali Baş Komandan tərəfindən yaxın zamanlarda Azərbaycan xalqına çatdırılacaq.

Son xəbərlər

Orphus sistemi