Ağalıya qayıdan sakin: “Ən gözəl gənclik günlərim orada keçib”

Ağalıya qayıdan sakin: “Ən gözəl gənclik günlərim orada keçib” “Ağalıdan gələndə 30 yaşımda var idi. Şükürlər olsun ki, Ağalıya qayıdıram. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizin canını sağ eləsin. Prezidentimizə təşəkkür edirəm ki, bizi bu günə qovuşdurdu”.
Qarabağ
12 avqust 2023 03:14
Ağalıya qayıdan sakin: “Ən gözəl gənclik günlərim orada keçib”

“Ağalıdan gələndə 30 yaşım var idi. Şükürlər olsun ki, Ağalıya qayıdıram. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizin canını sağ eləsin. Prezidentimizə təşəkkür edirəm ki, bizi bu günə qovuşdurdu”.

“Report” xəbər verir ki, bunu Zəngilan rayonunun Ağalı kəndi sakini Səmədova Validə deyib.

“Öz Vətənimizə, torpağımıza qayıdırıq. Gələndə 3 övladım var idi, indi 5 nəvəm var. İndi onlarla qayıdıram kəndə. Ən gözəl gənclik günlərim orada keçib”, - o vurğulayıb.

Xatırladaq ki, avqustun 12-də Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə növbəti köç karvanı yola salınıb: indiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 22 ailə - 106 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaq.

Son xəbərlər

Orphus sistemi