Səfir: “ABŞ şirkətləri azad olunmuş torpaqlarda bərpa işlərində iştirak edə bilər”

Səfir: “ABŞ şirkətləri azad olunmuş torpaqlarda bərpa işlərində iştirak edə bilər” Ağdam şəhərində infrastrukturun bərpa işlərində artıq ABŞ-dan üç şirkət iştirak edir.
Qarabağ
22 Noyabr , 2021 16:06
Səfir: “ABŞ şirkətləri azad olunmuş torpaqlarda bərpa işlərində iştirak edə bilər”
0 : 00
0 : 00

"Ağdam şəhərində infrastrukturun bərpa işlərində artıq ABŞ-dan üç şirkət iştirak edir".

“Report” xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger bildirib.

Onun dediyinə görə, ABŞ şirkətləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki bərpa işlərində iştirak etməyə hazırdır.

“Xüsusilə də azad olunmuş ərazilərdə layihələrdə iştirak etmək və s. ilə bağlı açıq tenderlərdə ABŞ şirkətləri üçün daha geniş imkanlar yaradılmasını istərdim. ABŞ regionun inkişafında maraqlıdır. Bunun üçün imkanlar var” – deyə diplomat qeyd edib.

Son xəbərlər

Orphus sistemi