Bakı. 18 mart. REPORT.AZ/ "Biz tərəflərin müəyyən humanitar addımların atmasını mühüm amil hesab edirik. Məhz humanitar addımlar prosesi irəli aparmağa və münaqişənin sülh yolu ilə həllində müsbət nəticə əldə etməyə köməklik edə bilər".
"Report" xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Ermənistanda saxlanılan azərbaycanlı girovların qaytarılması ilə bağlı sualı şərh edərkən bildirib.
O qeyd edib ki, ABŞ bu məsələ ilə bağlı fəaliyyətini davam etdirir.