ABŞ rəsmisi: "Con Kerri dünya turu zamanı Dağlıq Qarabağ məsələsini də müzakirə edəcək"

ABŞ rəsmisi: "Con Kerri dünya turu zamanı Dağlıq Qarabağ məsələsini də müzakirə edəcək" Con Kirbi: "ABŞ dövlət katibi mayın 16-17-də Avstriyanın paytaxtı Vyanaya gedəcək"
Qarabağ
13 May , 2016 19:54
ABŞ rəsmisi: Con Kerri dünya turu zamanı Dağlıq Qarabağ məsələsini də müzakirə edəcək

Bakı. 13 may. REPORT.AZ/ ABŞ dövlət katibi Con Kerrinin yaxın günlərdə başlayacağı dünya turu səfəri zamanı müzakirə edəcəyi məsələlərdən biri də Dağlıq Qarabağdakı vəziyyət olacaq.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi bildirib.

Onun sözlərinə görə, Con Kerri mayın 16-17-də Avstriyanın paytaxtı Vyanaya səfər edəcək.

"O, orada Rusiya və Fransadan olan həmkarları ilə birlikdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarqsyanla Dağlıq Qarabağ münaqişəsi ilə bağlı görüşdə iştirak edəcək", - deyə Con Kirbi vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi