"National Geographic": Mübariz böyüdüyü evi viranə görəndə ağladı

"National Geographic": Mübariz böyüdüyü evi viranə görəndə ağladı Yazıda həmçinin “böyüdüyü evi viranə görən” Mübarizin ağladığı da qeyd olunur
Qarabağ
2 Mart , 2021 13:12
National Geographic: Mübariz böyüdüyü evi viranə görəndə ağladı

ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin məşhur “National Geographic” jurnalı 1993-cü ildə Ermənistan ordusunun hədəfində olan Kəlbəcər rayonundan atası ilə didərgin düşən Mübariz adlı sakinin hekəyətini dərc edib.

“Report” xəbər verir ki, nəşrin “İnstagram” səhifəsindən paylaşılan həmin yazıda deyilir:

“Murov aşırımı 1993-cü ildə Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ uğrundakı müharibədən canını qurtarmağa çalışan minlərlə dinc Azərbaycan sakini üçün yeganə nicat yolu olub. Bir çoxları piyada çıxdığı o yolda donaraq öldü. Mübariz atası ilə həmin dağları keçib təhlükədən uzaqlaşmaq üçün bir həftə vaxt sərf edib. İyirmi yeddi il Ermənistan qüvvələrinin işğalı altında qalmış Kəlbəcər rayonu 2020-ci ilin noyabr ayında, iki ölkə arasında yenidən qızışan münaqişənin Rusiya vasitəçiliyi nəticəsində sülh razılaşması ilə başa çatandan sonra Azərbaycana qaytarıldı. Beləcə ailəsinin Birinci Qarabağ müharibəsində didərgin düşməsindən 30 ilə yaxın vaxt keçəndən sonra Mübariz qızını Kəlbəcərdəki kəndlərinə apardı”.

Yazıda həmçinin “böyüdüyü evi viranə görən” Mübarizin ağladığı da qeyd olunur.

Son xəbərlər

Orphus sistemi