Bakı. 12 may. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsi bölgəsində hərbi əməliyyatlar yenidən başlaya bilər".
"Report" xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri Daniel Koutsun Senatının Kəşfiyyat Komitəsinə təqdim olunan hesabatında bildirilib.
Hesabatda qeyd olunub ki, 2016-cı ilin aprel ayında Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağla bağlı yenidən gərginlik yaşanıb: "Bundan başqa, tərəflərin qarşılıqlı güzəştlərdən imtina etməsi, eləcə də daxili təzyiqlər 2017-ci ildə irimiqyaslı hərbi əməliyyatların təkrarlana biləcəyini göstərir".