ABŞ dövlət katibinin köməkçisinin müavini: "Azərbaycan və Ermənistan liderlərinin Düşənbədə görüşməsi çox müsbət siqnaldır"

ABŞ dövlət katibinin köməkçisinin müavini: "Azərbaycan və Ermənistan liderlərinin Düşənbədə görüşməsi çox müsbət siqnaldır" Corc Kent: "ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün əlindən gələni edir"
Qarabağ
110
10 Oktyabr , 2018 17:36
ABŞ dövlət katibinin köməkçisinin müavini: Azərbaycan və Ermənistan liderlərinin Düşənbədə görüşməsi çox müsbət siqnaldır
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent / Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 10 oktyabr. REPORT.AZ/ "Azərbaycan və Ermənistan liderlərinin Düşənbədə görüşməsi çox müsbət siqnaldır".

"Report" xəbər verir ki, bunu jurnalistlərə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent deyib.

Onun sözlərinə görə, bu görüşdən sonra təmas xəttində gərginlik azalıb.

"Biz də daima tərəfləri buna çağırırıq. ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün əlindən gələni edir", - C.Kent bildirib.

Onun sözlərinə görə, iki həftədən sonra Minsk qrupunun həmsədrləri yenidən regiona səfər edəcəklər, səfər zamanı onlar növbəti dəfə tərəfləri gərginliyi azaltmağa çağıracaqlar.

Xatırladaq ki, bu il sentyabrın 28-də Düşənbədə keçirilmiş MDB sammiti zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan baş naziri Nikol Paşinyan arasında söhbət olub.

Son xəbərlər

Orphus sistemi