ABŞ-dan olan həmsədr: "Dağlıq Qarabağ münaqişəsi çox mürəkkəbdir"

ABŞ-dan olan həmsədr: "Dağlıq Qarabağ münaqişəsi çox mürəkkəbdir" Endryu Şofer: "Münaqişənin sülh yolu ilə həllini tapmaq məqsədi ilə digər həmsədrlərlə birlikdə regiona mütəmadi olaraq səfərlər edəcəyik"
Qarabağ
5 Oktyabr , 2017 11:57
ABŞ-dan olan həmsədr: Dağlıq Qarabağ münaqişəsi çox mürəkkəbdir

Bakı. 5 oktyabr. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsi ilə tanışım, o, çox mürəkkəbdir".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Endryu Şofer Dağlıq Qarabağda jurnalistlərə açıqlamasında deyib.

O, bu səfərinin ATƏT-in Minsk qrupunun həmsədri kimi bölgəyə ilk gəlişi olduğunu qeyd edib. "Münaqişənin sülh yolu ilə həllini tapmaq məqsədi ilə digər həmsədrlərlə birlikdə regiona mütəmadi olaraq səfərlər edəcəyik", - E.Şofer bildirib.

Xatırladaq ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri regiondakı vəziyyətlə tanış olur.

ATƏT-in Minsk qrupunun həmsədrləri oktyabrın 6-da Yerevanda, oktyabrın 7 -də isə Bakıda rəsmi görüşlər keçirəcəklər. Diplomatların Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın dövlət başçısı Serj Sarqsyanın görüşünün gündəliyini müzakirə edəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi