Amerikalı diplomat: "ABŞ Dağlıq Qarabağın Azərbaycanlı icmasının fəaliyyətini yaxından izləyir"

Amerikalı diplomat: "ABŞ Dağlıq Qarabağın Azərbaycanlı icmasının fəaliyyətini yaxından izləyir" Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev ABŞ-ın Azərbaycandakı səfir əvəzi, müvəqqəti işlər vəkili Vilyam Qil ilə görüşüb.
Qarabağ
16 Yanvar , 2019 16:52
Amerikalı diplomat: ABŞ Dağlıq Qarabağın Azərbaycanlı icmasının fəaliyyətini yaxından izləyir

Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev ABŞ-ın Azərbaycandakı səfir əvəzi, müvəqqəti işlər vəkili Vilyam Qil ilə görüşüb.

"Report" xəbər verir ki, bunu icma rəhbəri bildirib. 

Onun sözlərinə görə, görüş zamanı bir sıra məsələləri müzakirə ediblər: "Maraqlı fikir mübadiləsi oldu. Azərbaycanın beynəlxalq tanınmış sərhədləri, ərazi bütövlüyü və suverenliyi çərçivəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarının birgə yaşayışının mümkünlüyü, konstruktiv dialoq və təmasların qurulması haqqında mövqeyimizi amerikalı diplomatın diqqətinə çatdırdım. Bundan ötrü işğalçı qoşunların Azərbaycan ərazilərindən çıxarılması, oradan qovulmuş azərbaycanlıların dərhal geriyə dönməsinin əhəmiyyətini qeyd etdim".

T.Gəncəliyevin sözlərinə görə, ABŞ diplomatı görüşdən məmnun qaldığını və Dağlıq Qarabağın Azərbaycanlı icmasının fəaliyyətini yaxından izlədiyini qeyd edib. 

Son xəbərlər

Orphus sistemi