ABŞ-da xüsusi avtomobillər sakinləri erməni işğalı barədə məlumatlandırır

ABŞ-da xüsusi avtomobillər sakinləri erməni işğalı barədə məlumatlandırır ABŞ-ın paytaxtı Vaşinqtonda üzərində ermənilərin işğalçılıq siyasətini əks etdirən rəqəmsal plakatların və mobil reklam lövhələrinin olduğu xüsusi avtomobillər gün ərzində mərkəzi küçələri, meydanları dolaşaraq sakinləri bu ölkənin işğalçılıq siyasəti bar
Qarabağ
18 Oktyabr , 2020 00:59
ABŞ-da xüsusi avtomobillər sakinləri erməni işğalı barədə məlumatlandırır

ABŞ-ın paytaxtı Vaşinqtonda üzərində ermənilərin işğalçılıq siyasətini əks etdirən rəqəmsal plakatların və mobil reklam lövhələrinin olduğu xüsusi avtomobillər gün ərzində mərkəzi küçələri, meydanları dolaşaraq sakinləri Ermənistanın işğalçılıq siyasəti barədə məlumatlandırır.

“Report”un yerli bürosu xəbər verir ki, rəqəmsal plakatlarda "Pray for Ganja city" (Gəncə şəhəri üçün dua edin), "Pray for Azerbaijan" (Azərbaycan üçün dua edin) şüarları ilə ermənilərin Gəncə şəhərində törətdiyi qanlı cinayəti qurbanı olan uşaqların fotoları nümayiş olunur. Eyni zamanda rəqəmsal plakatlı maşının üzərində “Karabakh is Azerbaijan” (Qarabağ Azərbaycandır), “Azerbaijani Lives Matter” (Azərbaycanlı həyatı önəmlidir) yazıları yer alıb, Azərbaycan ərazisinin 20 faizinin işğal olunduğu, 1 milyonadək soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyi, işğal altında olan ərazilərimizdə Azərbaycan mədəniyyətinə qarşı soyqırımı həyata keçirildiyi, ermənilərin işğalçılıq siyasətinin hələ də davam etdirdiyi barədə məlumatlar verilir.

Avtomobillər paytaxtda müxtəlif ölkələrin daimi nümayəndəlik, səfirlik, konsulluq binalarının önündən dayanıb və Ermənistanın Vaşinqtondakı səfirliyinin binası önündən keçib.

Təbliğat fəaliyyəti Vaşinqton səhərinin sakinlərinin diqqətini cəlb edib, onlar baş verənlər barədə məlumatlar alıblar.

Avtomobillər bir həftə ərzində Vaşinqtonun küçələrində müxtəlif istiqamətlərdə hərəkət edəcək.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi