ABŞ Dövlət Departamenti Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tərəfləri konstruktiv tədbirlər görməyə çağırıb

ABŞ Dövlət Departamenti Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tərəfləri konstruktiv tədbirlər görməyə çağırıb "Münaqişənin sülh yolu və davamlı həlli dialoq vasitəsilə mümkündür"
Qarabağ
109
30 Oktyabr , 2014 09:53
ABŞ Dövlət Departamenti Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tərəfləri konstruktiv tədbirlər görməyə çağırıb

Bakı. 30 oktyabr. REPORT.AZ/ "ABŞ tərəfləri Dağlıq Qarabağ münaqişəsinin həlli üçün konstruktiv tədbirlər görməyə çağırıb". "Report"un verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki keçirdiyi brifinqdə bəyan edib. 

O qeyd edib ki, münaqişə tərəfləri "inam yaradacaq tədbirlər görməlidirlər və bu zaman prezidentlərin bu il keçirilən üç görüşü nəticəsində yaranan impulsa əsaslanmaq olar. Buna isə dialoq vasitəsilə nail olmaq mümkündür".

C.Psaki xatırladıb ki, ABŞ Dövlət katibi Kerri Uelsdə NATO sammiti çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllinə həsr olunan görüşlər keçirib. 

Psaki tərəfləri "münaqişənin sülh yolu və davamlı həllinə nail olmaq üçün həqiqi danışıq prosesinə" başlamağa çağırıb. 

O, vurğulayıb ki, ABŞ münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. 

Son xəbərlər

Orphus sistemi