​Şəhid Aydın Abdullayev ölümündən sonra medalla təltif olunub

​Şəhid Aydın Abdullayev ölümündən sonra medalla təltif olunub Mərasimdə Müdafiə Nazirliyi, rayon icra hakimiyyəti, hərbi hissənin nümayəndələri də iştirak ediblər
Qarabağ
174
27 Oktyabr , 2014 15:07
​Şəhid Aydın Abdullayev ölümündən sonra medalla təltif olunub
Bakı. 27 oktyabr. REPORT.AZ/ Ötən il oktyabr ayının 25-də cəbhənin Tərtər rayonu istiqamətində erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Ordusunun şəhid olmuş giziri Aydın Abdullayevin il mərasimi keçirilib.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Mərasimdə Müdafiə Nazirliyi, rayon icra hakimiyyəti, hərbi hissənin nümayəndələri də iştirak ediblər.

Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik İslam Gəncəliyev müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə gizir A.Abdullayevin ölümündən sonra təltif edildiyi “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı şəhidin atası Əmiraslan Abdullayevə təqdim edib. O, Azərbaycanın bütün şəhidlərinin, o cümlədən Aydının da qisasının alınacağını və torpaqların işğaldan azad ediləcəyinə əmin olduğunu bildirib.

Şəhid atası Ə.Abdullayev nə qədər ağır olsa da oğlunun şəhid olmasından qürur hissi keçirdiyini, bu diqqətə görə ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirib.

Son xəbərlər

Orphus sistemi