“Total”ın baş icraçı direktoru Prezident İlham Əliyevi təbrik edib

“Total”ın baş icraçı direktoru Prezident İlham Əliyevi təbrik edib Bakı. 20 aprel. REPORT.AZ/ “Total” Şirkətlər Qrupu İdarə Heyətinin sədri, baş icraçı direktoru Patrik Puyane Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Daxili siyasət
20 Aprel , 2018 19:15
“Total”ın baş icraçı direktoru Prezident İlham Əliyevi təbrik edib

Bakı. 20 aprel. REPORT.AZ/ “Total” Şirkətlər Qrupu İdarə Heyətinin sədri, baş icraçı direktoru Patrik Puyane Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Report”un xəbərinə görə, təbrik mətnində deyilir:

"Hörmətli cənab Prezident.

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Bildiyiniz kimi, “Total” Şirkətlər Qrupu Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə birgə əməkdaşlıq edərək Azərbaycanın neft və qaz sənayesinin uzunmüddətli inkişafına töhfə vermək niyyətindədir.

Bu xoş imkandan istifadə edərək “Total” Şirkətlər Qrupu adından və şəxsən öz adımdan yeni prezidentlik dönəmində Sizə uğurlar arzulayıram".

Son xəbərlər

Orphus sistemi