Sloveniyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Sloveniyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib Bakı. 27 aprel. REPORT.AZ/ Sloveniya Respublikasının Prezidenti Borut Pahor Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Daxili siyasət
27 Aprel , 2018 17:54
Sloveniyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
President.az

Bakı. 27 aprel. REPORT.AZ/ Sloveniya Respublikasının Prezidenti Borut Pahor Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir, ölkənizin inkişafı və rifahı naminə ən xoş arzularımı bildirirəm.

Sizə ali dövləti vəzifənizdə yeni-yeni uğurlar arzu edirəm.

Sloveniya Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq əlaqələrinin bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə əminəm. İnanıram ki, bizim birgə səylərimiz nəticəsində ölkələrimiz və xalqlarımız arasında hərtərəfli əməkdaşlıq beynəlxalq aləmdə sülh və sabitliyin qorunması naminə daha da inkişaf edəcək.

Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin".

Son xəbərlər

Orphus sistemi