Şimali Koreya Ali Xalq Məclisinin sədri Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

Şimali Koreya Ali Xalq Məclisinin sədri Azərbaycan Prezidentinə təbrik ünvanlayıb Bakı. 19 aprel. REPORT.AZ/ Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri Kim En Nam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Daxili siyasət
19 Aprel , 2018 14:40
Şimali Koreya Ali Xalq Məclisinin sədri Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
Şimali Koreya Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri Kim En Nam / Getty Images

Bakı. 19 aprel. REPORT.AZ/ Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri Kim En Nam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Report”un xəbərinə görə, təbrik mətnində deyilir:

“Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin birgə mənafeyimizə müvafiq olaraq möhkəmlənəcəyinə və inkişaf edəcəyinə əminliyimi bildirirəm. Sizə ölkənizin tərəqqisinə və xalqın rifahına yönələn fəaliyyətinizdə böyük uğurlar arzu edirəm”.

Son xəbərlər

Orphus sistemi